28.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Musiqi - Not fonoteka şöbəsi 28 Fevral 2022-ci il tarixdə xalq artisti, bəstəkar Eldar Mansurovun anadan olmasının 70 illiyi ilə əlaqədar söhbət keçirdi.
Tədbirdə şöbənin kitabxanaçısı Sevda Baxşiyeva Eldar Mansurovun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirdi ki, Eldar Mansurov uzun illər təkcə bəstəkarlıq ilə yox, həm də muğamlarımızın tarixi və nəzəriyyəsi ilə də məşğul olub. Bir sıra filimlərə və tamaşalara müsiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. Şair Vahid Əzizin sözlərinə yazılmış “Bayatılar” bu günə kimi ən sevimli mahnılar sırasındandır. “Bayatılar” ın musiqisi dünyanı gəzir.
Tədbirdə iştirakçılar Elar Mansurovun müəllifi və tərtibçisi olduğu “Mansurovlar” kitabı ilə yaxından taniş oldular.